ABŞ İsrailə səkkiz milyard dollarlıq silah satmağı planlaşdırır.
Xezerxeber.az xəbər verir ki, bu barədə "Reuters"ə ABŞ rəsmisi məlumat verib.
Bildirilib ki, Bayden (Cozef Bayden - red.) administrasiyası Konqresi İsrailə səkkiz milyard dollarlıq silah satışı təklifi ilə bağlı xəbərdar edib.
Hazırda bu razılaşmalar Nümayəndələr Palatası və Senatın müvafiq komitələrində təsdiqlənməlidir.
Dövlət Departamenti məsələ ilə bağlı sorğuya hələlik cavab verməyib.
Qeyd edək ki. 2024-cü iliin avqustunda ABŞ İsrailə 20 milyard dollarlıq döyüş təyyarələri və digər hərbi avadanlıqların satışını təsdiqləyib. Bayden administrasiyası müttəfiqinin (İsrail - red.) Qəzzada HƏMAS, Livanda "Hizbullah" və Yəməndə husilər kimi İran tərəfindən dəstəklənən silahlı qrupların hücumundan müdafiə olunmasına kömək etdiyini bildirib.