Xəzər Xəbər

Blinken 3 ölkəyə səfər edəcək

Dünya | 11:08 • 4 Yanvar 2025
Blinken 3 ölkəyə səfər edəcək

ABŞ dövlət katibi Antoni Blinken 4-9 yanvar tarixlərində Koreya, Yaponiya və Fransaya səfər edəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller "X"də yazıb.

O bildirib ki, səfərin məqsədi Avropa, Yaxın Şərq və Asiyada problemlərin həllində tərəfdaşlığın əhəmiyyətini bir daha qeyd etməkdir:

"ABŞ dövlət katibi Antoni Blinken Avropa, Yaxın Şərq və Asiyada problemlərin həllində tərəfdaşlığımızın əhəmiyyətini bir daha vurğulamaq üçün 4-9 yanvar tarixlərində Koreya, Yaponiya və Fransaya səfər edəcək".

Xəbər lenti