Xəzər Xəbər

İrəvan–Moskva təyyarəsində sərnişin ölüb

Dünya | 14:29 • 3 Yanvar 2025
İrəvan–Moskva təyyarəsində sərnişin ölüb

İrəvan–Moskva reysi ilə uçmağa hazırlaşan təyyarədə ölüm faktı qeydə alınıb.

Xezerxeber.az “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə “Armenian Airlines”ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yaşı 50-yə yaxın olan şəxsin vəziyyəti qəflətən pisləşib. Həm ekipaj üzvlərinin, həm də təyyarədə olan iki həkimin ona ilkin yardım göstərmək cəhdləri uğursuz olub.

İstintaqçılar cəlb edilib, araşdırma başlanıb.

Xəbər lenti