Xəzər Xəbər

Çin ABŞ-nin hərbi büdcəsini qlobal sabitlik üçün təhdid hesab edir

Dünya | 16:00 • 26 Dekabr 2024
Çin ABŞ-nin hərbi büdcəsini qlobal sabitlik üçün təhdid hesab edir

ABŞ-nin hərbi xərcləri nəzərdə tutan müdafiə büdcəsinin rekord həddə çatması qlobal sabitlik üçün təhdiddir.

Xezerxeber.az xəbər verir ki, Çinin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqan bunu jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

“ABŞ Çinin hərbi təhdidini bəhanə edərək bu layihə ilə hərbi xərclərin artırılmasına və hegemonluğun saxlanmasına haqq qazandırır. Vaşinqton bu yolla Çinin daxili işlərinə kobud şəkildə müdaxilə edir və bütün dünyada sabitliyi pozur”, - deyə Çjan Syaoqan bildirib.

Çinin heç kimə meydan oxumaq niyyətində olmadığını deyən nazirliyin nümayəndəsi ABŞ-ın ən böyük düşməninin elə onun özü olduğunu vurğulayıb: “Birləşmiş Ştatlar hərbi xərclərə görə dünya lideridir və hər il hərbi-sənaye kompleksinə sərmayələri artırır. Bu, onun müharibədən asılılığının və hegemon ekspansiyasının əsl mahiyyətini nümayiş etdirir”.

O, həmçinin qeyd edib ki, 2001-ci ildən bəri ABŞ-nin başlatdığı hərbi əməliyyatlar 100 minlərlə insanın ölümünə, milyonlarla insanın yaralanmasına və 10 milyonlarla insan evlərini tərk etməsinə səbəb olub. “ABŞ-nin təcavüzkar militarizmi təkcə dünyada xaos yaratmır, həm də ona qarşı reaksiyasını sürətləndirir”, - deyə Çjan Syaoqan əlavə edib.

Nazirliyin nümayəndəsi Çinin hər zaman dinc inkişaf yoluna sadiq qaldığını, müdafiə siyasəti yürütdüyünü və heç bir ölkə ilə silahlanma yarışına girmədiyini xatırladıb.

Qeyd edək ki, bazar ertəsi günü ABŞ Prezidenti Cozef Bayden 2025-ci maliyyə ili üçün 895 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib.

Xəbər lenti