Xəzər Xəbər

Peru sahillərinin bir hissəsi neft sızması səbəbindən ekoloji fəlakət zonası elan edilib

Dünya | 13:13 • 26 Dekabr 2024
Peru sahillərinin bir hissəsi neft sızması səbəbindən ekoloji fəlakət zonası elan edilib

Perunun hakimiyyət orqanları neft emalı zavodunda baş verən sızma səbəbindən Talara əyalətinin sahil zolağının böyük hissəsini ekoloji fəlakət zonası elan edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Perunun Ətraf Mühitin Mühafizəsi Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirlik Talara əyalətinin bir hissəsində 90 günlük fövqəladə ekoloji vəziyyət rejimi elan edib, həmçinin neft sızmasının nəticələrinin aradan qaldırılması üzrə təcili və qısamüddətli tədbirlər planını təsdiqləyib.

Neft sızması dekabrın 20-də Talara şəhərindəki neft emalı zavodunda baş verib. Texnoloji qəza nəticəsində təxminən 10 min kvadratmetr su sahəsi çirklənib. Prokurorluq müəssisənin sahibi olan “Petroperu” neft şirkəti ilə bağlı araşdırmalara başlayıb.

Yerli hakimiyyət orqanları zərər çəkmiş faunanı xilas etmək üçün regiona mütəxəssislər göndərib. Həmin ərazilər həssas növ sayılan zeytun tısbağalarının məskənidir.

Xəbər lenti