ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 qırıcısı Qırmızı dəniz üzərində vurulub.
Xezerxeber.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, Amerika raket kreyserinin hava hücumundan müdafiə sistemi səhvən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 iki yerlik qırıcısını vurub.
ABŞ Mərkəzi Komandanlığının hadisə ilə bağlı yaydığı bəyanatda bildirilib ki, pilotlar suya düşüb. Onlar xilas edilib, biri yüngül xəsarət alıb.
Agentlik qeyd edib ki, qırıcı ABŞ-nin Yəmən husilərinin hədəflərinə endirdiyi zərbələr zamanı vurulub.