ABŞ Senatı yerli vaxtla gecə yarısında hökumətin maliyyələşdirilməsinin vaxtını uzadan qanun layihəsini təsdiqləyib.
Xezerxeber.az xəbər verir ki, sənəd hökumətin maliyyələşdirilməsini martın 14-dək hazırkı səviyyədə saxlamağa, dövlət borcu limitini iki il müddətinə dayandırmağa, təbii fəlakətlərin aradan qaldırılması üçün 100 milyard dollar və fermerlərə iqtisadi yardım üçün 10 milyard dollar ayırmağa imkan verir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp qanun layihəsini dəstəkləyərək onu “Amerika xalqı üçün çox yaxşı müqavilə” adlandırıb.
Bundan sonra qanun layihəsi imzalanması üçün ABŞ Prezidenti Cozef Baydenə göndəriləcək. Məlumata görə, Birləşmiş Ştatların dövlət başçısı onu gecikdirmədən imzalamaq niyyətindədir.
Qeyd edək ki, bir müddət öncə, respublikaçıların rəhbərlik etdiyi Nümayəndələr Palatası da şatdaunun qarşısını almaq üçün qanun layihəsinə səs vermişdi.