Gürcüstanda səfərdə olan Avropa Şurasının Baş katibi Alen Berse Baş nazir İrakli Kobaxidze ilə ikinci dəfə görüşüb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstan Hökumət administrasiyası məlumat yayıb.
Qeyd edək ki, Allen Berse Gürcüstana səfəri çərçivəsində dekabrın 18-də baş nazirlə ilk görüşü keçirib. Bundan başqa, o, hakim “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili ilə də görüş keçirib. Alen Berse həmçinin Tbilisidə keçirilən aksiyalarda xəsarət alan müxalifət nümayəndələri, qeyri-hökumət təşkilatlarının üzvləri, jurnalistlər və nümayişçilərlə də görüşüb.