Afinada Ermənistanla Yunanıstan arasında müdafiə məsələlərinə dair ikitərəfli, habelə Ermənistan-Yunanıstan-Kipr üçtərəfli məsləhətləşmələri keçirilib.
Xezerxeber.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, məsləhətləşmələr çərçivəsində 2024-cü ildə müdafiə sahəsində görülmüş işləri nəticələri və 2025-ci il üçün planlar müzakirə olunub.
Məsləhətləşmələrin sonunda 2025-ci il üçün Ermənistan-Yunanıstan ikitərəfli və Ermənistan-Yunanıstan-Kipr üçtərəfli əməkdaşlığına dair proqram imzalanıb.