Xəzər Xəbər

Putin Rusiyanın Ukrayna münaqişəsində kompromislərə hazır olduğunu bildirib

Dünya | 16:26
Putin Rusiyanın Ukrayna münaqişəsində kompromislərə hazır olduğunu bildirib

Rusiya Ukrayna ilə danışıqlara və kompromislərə hazırdır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, siyasət kompromis sənətidir. “Rusiya danışıqlara və kompromislərə hazırdır, lakin qarşı tərəf danışıqlardan imtina edib”, - deyə V.Putin bildirib.

Putin, həmçinin vurğulayıb ki, Rusiya İstanbul razılaşmaları əsasında və “yerdə” vəziyyəti nəzərə alaraq Ukrayna ilə danışıqlara hazırdır. Rusiya Prezidenti qeyd edib ki, Zelenski “seçkilərə gedib legitimlik qazanarsa” onunla danışıqlar mümkündür. Rusiya sülh sənədlərini yalnız Ukraynanın qanuni rəhbəri ilə imzalayacaq.

Xəbər lenti

Çox oxunanlar