Xəzər Xəbər

Rusiyalı generalın qətlində şübhəli bilinən şəxslər saxlanılıb

Dünya | 10:52
Rusiyalı generalın qətlində şübhəli bilinən şəxslər saxlanılıb

Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillovun və onun köməkçisinin qətlində şübhəli bilinən iki nəfər saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə "İzvestiya" agentliyinə informasiya məlumatlı mənbədən daxil olub.

Qeyd olunur ki, hazırda şübhəlilər dindirilirlər.

Xatırladaq ki, ötən gün Moskvanın Ryazanski prospektində baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi öldürülüblər. Partlayış həmin şəxslər evdən çıxarkən baş verib. Partlayıcı qurğu evin yaxınlığında dayanan skuterdə quraşdırılıb.

 Rusiya İstintaq Komitəsinin yaydığı məlumata görə, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisi İlya Polikarpovun ölümü ilə nəticələnən terror aktını törətməkdə şübhəli bilinən Özbəkistan vətəndaşı saxlanılıb.

Məlumata görə, saxlanılan şəxs müstəntiqin yanına gətirilib, onunla bağlı istintaq hərəkətləri aparılır.

Kirillov və Polikarpovun qətlində şübhəli bilinərək saxlanılan Özbəkistan vətəndaşı dindirilmə zamanı bildirib ki, o, Ukrayna xüsusi xidmət orqanları tərəfindən cəlb olunub və generalın yaşadığı evin girişində skuterə partlayıcı qurğu quraşdırıb.

O, həmçinin binanın həyətindəki karşerinq avtomobilinə kamera yerləşdirib. Həmin avtomobildən görüntülər Dnepr şəhərinə yayımlanıb.
General və köməkçisi evdən çıxan kimi partlayıcı qurğu uzaqdan işə salınıb.

Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk isə bildirib ki, general Kirillovun ölümü ilə nəticələnən terror aktını törədən şəxs Moskva vilayətinin Balaşixa rayonunun Çernoye kəndində saxlanılıb. 

Xəbər lenti

Çox oxunanlar