Xəzər Xəbər

Ruandada soyqırımında ittiham olunan Fransa vətəndaşına ömürlük iş kəsildi

Dünya | 09:39
Ruandada soyqırımında ittiham olunan Fransa vətəndaşına ömürlük iş kəsildi

Paris Andlılar Məhkəməsində apelyasiya qaydasında 7 həftə davam edən məhkəmə çəkişməsində hökm oxunub.

Xezerxeber.az “Figaro”ya istinadla xəbər verir ki, təqsirləndirilən Filip Manye barədə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

O, ömürlük azadlıqdan məhrum edilib.

Keçmiş polis əməkdaşı olan Filip Nateqekimana 1994-cü ildə Ruandada tutsi qəbiləsindən olan 300-dən çox mülki şəxsin öldürülməsində ittiham edilib. Ruandada tutsilərə qarşı amansızlığı ilə seçilən polis əməkdaşı bir neçə il sonra Fransa vətəndaşlığını qəbul edərkən soyadını da dəyişib.

BMT-nin statistikasına görə, 1994-cü ilin yayında Ruandada azı 800 min nəfər qətlə yetirilib ki, onların da əksəriyyəti tutsi tayfasına mənsub olub.

Xəbər lenti

Çox oxunanlar