Ermənistan hökuməti yanvar ayından etibarən Rusiya telekanallarının ölkə ərazisində yayımını dayandırmağı planlaşdırır.
Xezerxeber.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bu barədə “Past” qəzeti öz mənbələrinə istinadən yazıb.
Yazıda hökumətin xüsusilə Rusiyanın xəbər və siyasi yönümlü televiziya kanallarının yayımını dayandırmaqla bağlı qərarın hüquqi əsaslandırılması üzərində işlədiyi açıqlanıb.
Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi isə bununla bağlı xəbərləri nə təsdiq, nə də təkzib edir.