Xəzər Xəbər

ABŞ Suriyanın yeni hakimiyyət orqanları ilə danışıqlar aparıb

Dünya | 18:36 • 15 Dekabr 2024
ABŞ Suriyanın yeni hakimiyyət orqanları ilə danışıqlar aparıb

ABŞ administrasiyası Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələri ilə əlaqə saxlayıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə “The Guardian” dövlət katibi Entoni Blinkenə istinadən məlumat yayıb.

Blinken, Suriyada qalib gələn Heyət Təhrir əl-Şam (HTŞ) qruplaşmasının nümayəndələri ilə birbaşa əlaqə saxladığını açıqlayıb. O, şənbə günü İordaniyanın Aqaba şəhərində digər diplomatlarla görüşüb. Blinken danışıqların təfərrüatlarını açıqlamayıb, yalnız “HTŞ və digər qruplarla əlaqə saxladıq” deyə bildirib.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024