Xəzər Xəbər

Estoniya Gürcüstanın Baş nazirinə sanksiya tətbiq edib

Dünya | 15:13 • 15 Dekabr 2024
Estoniya Gürcüstanın Baş nazirinə sanksiya tətbiq edib

Estoniya daha 14 Gürcüstan rəsmisinə, o cümlədən bu ölkənin Baş naziri İrakli Kobaxidzeyə sanksiya tətbiq edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna “X” platformasındakı paylaşımında bildirib.

“Gürcüstan hakimiyyətinin etirazçılara, jurnalistlərə və müxalifət liderlərinə qarşı törətdikləri zorakılıq cinayətdir və insan hüquqları əleyhinədir, bütün Aİ ölkələrini bunlara reaksiya verməyə və tədbir görməyə çağırıram” - deyə o, paylaşımında qeyd edib.

Qeyd edək ki, Estoniya bundan əvvəl “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişviliyə sanksiya tətbiq edib.

Xəbər lenti

Çox oxunanlar