Xəzər Xəbər

İsrail İrana hava zərbələri üçün sərbəst dəhliz yaradıb

Dünya | 14:44 • 15 Dekabr 2024
İsrail İrana hava zərbələri üçün sərbəst dəhliz yaradıb

İsrail Hərbi Hava Qüvvələrinin oktyabrın 26-da həyata keçirdiyi əməliyyat nəticəsində Tehran ətrafında 4 ədəd S-300 Hava Hücumundan Müdafiə Sistemi sıradan çıxarılıb və hazırda İran paytaxtı ətrafında strateji müdafiə yoxdur.

Xezerxeber.az-ın xəbərinə görə, bunu İsrailin sabiq müdafiə naziri Yoav Qallant “Washington Post“un şəhrhçisi Devid İqnatiusa müsahibəsində bildirib.

Sabiq müdafiə naziri həmin əməliyyat çərçivəsində ballistik raketlər üçün yaracaq istehsal edən zavodun da vurulduğunu və buna görə də İranın yaxın iki ildə öz arsenalına əhəmiyyətli sayda ballistik raket əlavə edə bilməyəcəyini nəzərə çatdırıb. Yoav Qallant deyib ki, İsrailin 26 oktyabrda 120 qırıcı təyyarənin iştirakı ilə endirdiyi hava zərbələri “İrana qarşı hərəkət üçün pəncərə” yaradıb. Beləliklə, artıq İsrail Qəzza və Livanda olduğu kimi İrana da zərbə endirmək üçün öz qırıcı təyyarələrinə sərbəst dəhlizi təmin edib, Qəzza və Livandakı kimi İranda da hədəflərə asanlıqla hücum edə bilər. Buna görə də artıq ABŞ-ın hazırkı administrasiyası İrana qarşı nüvə məsələsində məcburedici diplomatiya üçün imkanın yarandığını görür.

Xəbər lenti