"Volqoneft-212" tankeri Kerç boğazında qəza vəziyyətindədir.
Xezerxeber.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, 4 tondan artıq mazut daşıyan tankerdə 14 heyət üzvü var.
Qeyd edilib ki, fırtına zamanı tankerin burun hissəsi qopub, 14 heyət üzvü tankerin arxa hissəsindədir.
Sahildən 8 km uzaqlıqda olan tankerdə xəsarət alanlar və mazutun dənizə axması ilə bağlı məlumat daxil olmayıb. Xilasetmə əməliyyatına başlanılsa da, fırtına səbəbindən aviasiyanın havaya qaldırılması mümkün olmur.