Xəzər Xəbər

"Hizbullah" lideri: "Suriyadan keçən hərbi təchizat xəttini itirdik"

Dünya | 13:47 • 15 Dekabr 2024
"Hizbullah" lideri: "Suriyadan keçən hərbi təchizat xəttini itirdik"

Bəşər Əsəd hökumətinin süqutundan sonra "Hizbullah" təşkilatı artıq hərbi dəstək baxımından Suriya üzərindən fəaliyyət göstərə bilməz. Bunu Livan "Hizbullah"ının lideri Nəim Qasım bildirib. 

Xezerxeber.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

"Hizbullah" Suriyadan keçən hərbi təchizat xəttini itirdi və artıq "Müqavimət oxu" vəziyyətə uyğunlaşmalıdır. Suriyada yeni hökumət İsraillə əlaqələr qurmamalıdır. Ümid edirik ki, onlar İsrailə düşmən kimi baxacaq və onunla münasibətləri normallaşdırmağa çalışmayacaqlar. İsraillə atəşkəs razılaşması o demək deyil ki, "Hizbullah" silahlarını yerə qoymağa məcburdur", - deyə Nəim Qasım bildirib.

Xəbər lenti