Xəzər Xəbər

Rumıniya və Bolqarıstan Şengen zonasına qoşulub

Dünya | 14:29 • 12 Dekabr 2024
Rumıniya və Bolqarıstan Şengen zonasına qoşulub

Rumıniya və Bolqarıstan 1 yanvar 2025-ci il tarixindən etibarən Şengen zonasının tam ştatlı üzvü olacaq.

Xezerxeber.azxəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında bəyanat yayılıb.

"Avropa İttifaqına üzv dövlətlər 2025-ci il yanvarın 1-dən Bolqarıstan və Rumıniya ilə daxili quru sərhədlərində şəxslər üzərində yoxlamaları ləğv etmək qərarına gəliblər", - bəyanatda qeyd edilib.

"Nəhayət, Bolqarıstan və Rumıniyanı Şengen üzvü kimi qəbul etmək üçün tarixi bir məqamdır. Həmin üzv dövlətlərlə və onların arasında olan daxili quru sərhədlərində şəxslər üzərində yoxlamaların ləğvi Macarıstanın sədrliyi üçün əsas prioritet olub və bu gün biz bunu reallığa çevirmişik. Bu addım təkcə Bolqarıstan və Rumıniya vətəndaşlarının deyil, bütövlükdə Aİ-nin də xeyrinə olacaq", - Macarıstanın daxili işlər naziri Şandor Pinter bildirib.

Xəbər lenti

Çox oxunanlar