Xəzər Xəbər

Bəşər Əsədin Dəməşqdə talan edilmiş sarayının görüntüləri

Dünya | 20:27 • 8 Dekabr 2024
Bəşər Əsədin Dəməşqdə talan edilmiş sarayının

Suriya Prezidenti Bəşər Əsədin Dəməşqdə talan edilmiş sarayından görüntülər yayılıb.

Xezerxeber.az bu barədə "France-Presse" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, talandan əvvəl sarayda yanğın da törədilib.

Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib.

Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.

Xəbər lenti