Suriya üsyançıları İordaniya sərhədində yerləşən Dera əyalətinin mərkəzinə və bir sıra kəndlərinə nəzarəti ələ keçiriblər.
Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, üsyançılar həmçinin əyalətdəki bir neçə hərbi obyektə nəzarət edirlər.
Qeyd edək ki, Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən 2018-ci ilə qədər Dera əyaləti üsyançıların nəzarəti altında olub.