İraq, İran və Suriyanın xarici işlər nazirləri Suriya məsələsinin sülh yolu ilə həllinə nail olmaq üçün regional və beynəlxalq səylərin səfərbər edilməsinin zəruriliyi barədə razılığa gəliblər.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə nazirlər Fuad Hüseyn, Abbas Əraqçi və Bassam Sabbaqın Suriyada vəziyyətin pisləşməsi ilə bağlı Bağdadda keçirilmiş üçtərəfli görüşdən sonra yaydıqları birgə bəyanatda deyilir.
İraq Xarici İşlər Nazirliyinin dərc etdiyi mətndə qeyd olunub ki, regionun, xüsusən də Suriyanın üzləşdiyi problemlərin sülh yolu ilə həllinə nail olmaq üçün ərəb ölkələrinin, eləcə də regional və beynəlxalq ölkələrin səylərini səfərbər etmək lazımdır.