Xəzər Xəbər

Saxta içkidən kütləvi zəhərlənmə: 17 nəfər ölüb

Dünya | 15:38 • 4 Dekabr 2024
Saxta içkidən kütləvi zəhərlənmə: 17 nəfər ölüb

İstanbulda son günlər saxta içkidən zəhərlənərək ölənlərin sayı 17-yə çatıb. 

Xezerxeber.az “CNN Türk”ə istinadən xəbər verir ki, ümumilikdə 46 nəfər saxta içkidən zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edib. 

Bununla yanaşı, saxta içki satmaqda şübhəli bilinən 19 nəfər saxlanılıb. Onlardan 8-i artıq həbs edilib.

Xatırladaq ki, daha əvvəl yayılan məlumatda 12 nəfərin zəhərləndiyi, onlardan dördünün öldüyü bildirilirdi.

Xəbər lenti

Çox oxunanlar