Xəzər Xəbər

ABŞ və Cənubi Koreya arasında nüvə məsələlərinə dair görüş təxirə salınıb

Dünya | 13:13 • 4 Dekabr 2024
ABŞ və Cənubi Koreya arasında nüvə məsələlərinə dair görüş təxirə salınıb

ABŞ və Cənubi Koreyanın yüksəkvəzifəli hərbçiləri arasında nüvə silahına dair məsələlərin müzakirəsi üçün planlaşdırılan görüş təxirə salınıb.

Xezerxeber.az xəbər verir ki, “The New York Times” qəzeti bu barədə Pentaqon rəsmisinə istinadla məlumat yayıb.

Məlumata görə, dekabrın 4-də keçirilməli olan görüşün Cənubi Koreyada hərbi vəziyyətin tətbiqindən sonra təxirə salınması barədə qərar qəbul edilib.

Bir müddət öncə, noyabrın əvvəlində ABŞ və Koreya Respublikası arasında dinc nüvə enerjisi sahəsində əməkdaşlığa dair ilkin razılıq əldə olunmuşdu.

Xəbər lenti