Xəzər Xəbər

Gürcüstanın Konstitusiya Məhkəməsi müxalifətin iddiasını qəbul etməyib

Dünya | 16:17 • 3 Dekabr 2024
Gürcüstanın Konstitusiya Məhkəməsi müxalifətin  iddiasını qəbul etməyib

Gürcüstanın Konstitusiya məhkəməsi müxalifətin parlament seçkisinin nəticələrinin ləğvi ilə bağlı iddia ərizəsini qəbul etməkdən imtina edib.

Xezerxeber.az-ın “Sputnik-Georgia”ya istinadən məlumatına görə, bu barədə qərar bir qədər əvvəl elan olunub.

Qeyd edək ki, ölkədə parlament seçkisi oktyabrın 26-da keçirilib.

Xəbər lenti

Çox oxunanlar