Xəzər Xəbər

İrakli Kobaxidze: Müxalifətin inqilab planı var

Dünya | 14:27 • 2 Dekabr 2024
İrakli Kobaxidze: Müxalifətin inqilab planı var

Gürcüstanda müxalifətin əvvəlcədən yazılmış və razılaşdırılmış bir inqilab planı var. Bu planın həyata keçirilməsinə xaricdən maliyyə yardımı göstərilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Hökumət başçısı deyib ki, müxalifətin və onların xaricdəki havadarlarının bütün cəhdlərinə baxmayaraq ölkədə “maydan” heç vaxt baş tutmayıb və olmayacaq.

Baş nazir əlavə edib: “Biz görürük ki, razılaşdırılmış və əvvəlcədən yazılmış bir plan var və bu plana xaricdən maliyyə dəstəyi göstərilib. Bu planın həyata keçirilməsi məqsədilə bəzi insanlar qanun qəbul edilməsi zamanı şəffaflıqdan qaçmaq istəyirdilər. Buna nail olmadıqda isə inqilab ssenariləri hazırlandı və qeyri-müəyyən şəkildə maliyyələşdirildi. Son 4 ildə 3 dəfə inqilaba cəhd olundu. Biz buna imkan vermədik”.

Xəbər lenti

Çox oxunanlar