Xəzər Xəbər

Atəşkəsdən sonra 570 mindən çox livanlı evlərinə qayıdırlar

Dünya | 13:27 • 2 Dekabr 2024
Atəşkəsdən sonra 570 mindən çox livanlı evlərinə qayıdırlar

İsraillə “Hizbullah” arasında əldə olunan atəşkəs razılaşmasından sonra 570 mindən çox livanlı məcburi köçkün evlərinə qayıtmağa başlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə BMT-nin Livandakı humanitar məsələlərin əlaqələndirilməsi ofisi məlumat yayıb. Qurumun məlumatına görə, bu, 2023-cü il oktyabrın 8-dən 2024-cü il noyabrın 25-dək münaqişə səbəbindən qeydə alınan 899,7 min məcburi köçkünün təxminən 65 faizini təşkil edir.

Xatırladaq ki, sentyabrın 23-də İsrail Livanda fəaliyyət göstərən “Hizbullah” hərəkatına qarşı “Şimal oxları” əməliyyatına başlayıb. Əməliyyat zamanı Livandakı hərbi və mülki obyektlərə çoxsaylı hava zərbələri endirilib. Sentyabrın 30-da İsrail ordusu Livanın cənubunda yerüstü əməliyyata başlayıb. Noyabrın 26-da “Hizbullah” hərəkatı ilə İsrail arasında atəşkəs rejimi elan edilib. Razılaşmaya görə, “Hizbullah” hərəkatının silahlı qüvvələri Litani çayının şimalına çəkilməli, Livan hərbçiləri 60 gün ərzində həmin mövqelərə yerləşməli və İsrail ordusu tədricən Livan ərazisindən çıxmalıdır.

Xəbər lenti

Çox oxunanlar