Xəzər Xəbər

Olaf Şolts Ukraynaya qəfil səfər edib

Dünya | 12:10 • 2 Dekabr 2024
Olaf Şolts Ukraynaya qəfil səfər edib

Almaniyanın Federal Kansleri Olaf Şolts dekabrın 2-də Ukraynaya qəfil səfər edib.

Xezerxeber.az yerli mediaya istinadla xəbər verir ki, onun olduğu qatar səhər saatlarında Kiyevə çatıb.

Kansler ilk açıqlamasında bildirib: “Ukrayna 1000 gündən çoxdur ki, özünü qəhrəmancasına müdafiə edir”. O, Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayaraq deyib: “Burada açıq şəkildə bildirmək istəyirəm ki, Almaniya Avropada Ukraynanın ən güclü dəstəkçisi olaraq qalacaq”.

Olaf Şolts, həmçinin bu ay Ukraynaya çatdırılmalı olan 650 milyon avro dəyərindəki silahları elan edəcək. “Ukrayna Almaniyaya arxalana bilər. Biz nə ediriksə deyirik və dediyimizi edirik”, - deyə Kansler bildirib.

“Bild” qəzetinin yazdığına görə, Almaniya hökumətinin rəhbəri Ukraynanın çox istədiyi uzaqmənzilli “Taurus” ballistik raketlərini özü ilə gətirməyib. Çünki Kansler Ukraynanın “Taurus” raketləri ilə Rusiyaya zərbə endirəcəyi təqdirdə müharibənin genişlənə biləcəyini düşünür.

Qeyd edək ki, bu, Olaf Şoltsun müharibənin başlamasından sonra Ukraynaya ikinci səfəridir. O, ilk dəfə 2022-ci ilin iyununda Kiyevə səfər edib.

Xəbər lenti

Çox oxunanlar