Xəzər Xəbər

Ukrayna Avropa İttifaqından hər ay 1,5 milyard avro alacaq

Dünya | 08:48 • 2 Dekabr 2024
Ukrayna Avropa İttifaqından hər ay 1,5 milyard avro alacaq

Ukrayna maliyyə yardımı çərçivəsində 2025-ci ildə Avropa İttifaqından (Aİ) aylıq 1,5 milyard avro alacaq. Tranşların ödənişi yanvar ayından başlayacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta deyib.

Kostanın sözlərinə görə, artıq dekabr ayında Avropa İttifaqı “Ukrayna büdcəsini dəstəkləmək” üçün Ukraynaya əlavə 4,2 milyard avro ayıracaq.

“Bundan əlavə, gələn aydan biz bütün il boyu hər ay daha 1,5 milyard avro yardım göstərəcəyik”, - deyə Avropa Şurasının sədri bildirib.

Kosta, Aİ-nin bu vəsaiti Rusiyanın dondurulmuş aktivlərinin istifadəsindən əldə edəcəyini və onlardan hərbi məqsədlər üçün də istifadə oluna biləcəyini açıqlayıb.

Onun sözlərinə görə, Rusiyanın mülki infrastrukturu, o cümlədən enerji obyektlərinin atəşə tutulması fonunda blok Ukraynaya maliyyə, hərbi, iqtisadi, enerji və humanitar yardım göstərməyə davam edəcək.

“Biz ukraynalılara demək istəyirik ki, biz müharibənin əvvəlindən sizi dəstəkləyirik və siz bizə etibar etməyə davam edə bilərsiniz. Biz əlimizdən gələni əsirgəməyəcəyik” – Kosta əlavə edib.

Bundan əlavə, o, bildirib ki, Aİ Rusiyaya iqtisadi təzyiqləri artırmağı planlaşdırır və Brüssel Rusiya Federasiyasına qarşı 15-ci sanksiyalar paketini hazırlayır.

Xəbər lenti

Çox oxunanlar