Xəzər Xəbər

Kobaxidze: ABŞ-nin Gürcüstanla bağlı qərarı müvəqqəti xarakterlidir

Dünya | 15:47 • 1 Dekabr 2024
Kobaxidze: ABŞ-nin Gürcüstanla bağlı qərarı müvəqqəti xarakterlidir

ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərarı müvəqqəti xarakter daşıyır. Bunun heç bir prinsipial əhəmiyyəti olmayacaq və ümid edirik ki, yeni admnistrasiya məsələyə yenidən baxacaq və ədalətli qərar qəbul edəcək.

Xezerxeber.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-nin Gürcüstan ilə strateji tərəfdaşlığı dayandırması ilə bağlı qərarını şərh edərkən söyləyib. Onun sözlərinə görə, ABŞ-nin hazırkı administrasiya D.Tramp admnistrasına mümkün qədər ağır miras qoymağa çalışır.

İ.Kobaxidze deyib: “Ağ evin hazırkı administrasiyası yeni administrasiyaya mümkün qədər ağır miras qoymağa çalışır. Onlar bu addımı əvvəlcə Ukrayna ilə əlaqədar atdılar, indi isə Gürcüstanla əlaqəli edirlər. Bunun heç bir prinsipial əhəmiyyəti olmayacaq, biz yeni administrasiyanı gözləyəcəyik və hər şey haqqında yeni administrasiya ilə danışacağıq. Ağ evin bu addımı prezident Salome Zurabişvilinin hakimiyyəti kimi müvəqqəti hadisədir”.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “X” sosial şəbəkəsində ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərar qəbul etdiyini bildirib. Bir qədər sonra isə ABŞ Dövlət Departamenti bu qərarla bağlı ətraflı bəyanat yayıb.

Xəbər lenti

Çox oxunanlar