Ermənistanın baş naziri Nikol Paşinyanla bu ölkənin Xarici İşlər Nazirliyi arasında gərginlik yaşanır.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistanda dərc olunan "Past" nəşri məlumat yayıb.
Gərginliyə səbəb Nikol Paşinyanın büdcədən Ermənistan XİN-ə ayrılan maliyyənin həcmini azaltmasıdır.
Nəşr iddia edir ki, N.Paşinyan Ermənistan Xarici İşlər Nazirliyində xidməti avtomobilləri 70-90 faizə qədər azaltmaq barədə göstəriş verib.
Göstərişdən dərhal sonra Ararat Mirzoyan xarici qonaqların qəbulu zamanı avtomobil çatışmazlığından şikayət edib. N.Paşinyan isə ona cavabında problemdən çıxış yolun kimi avtomobil icarəyə götürməyi tövsiyə edib.