Xəzər Xəbər

BƏƏ-də Moldova vətəndaşı olan ravvini qətlə yetirən 3 nəfər həbs edilib

Dünya | 16:00
BƏƏ-də Moldova vətəndaşı olan ravvini qətlə yetirən 3 nəfər həbs edilib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bazar günü İsrail və Moldova vətəndaşının qətlini təsdiqləyib və İsrailin bu insidenti antisemit “terror hücumu” adlandırmasından sonra üç şübhəlinin həbs edildiyini bildirib.

“Əl Ərəbiyə” telekanalı xəbər verir ki, BƏƏ-nin rəsmi WAM xəbər agentliyinin yaydığı bəyanatda ravvinin öldürülməsi barədə məlumat verilib və Daxili İşlər Nazirliyinin Tzvi Koqan adlı bu şəxsin qətlində iştirak edən üç cinayətkarı ən qısa müddətdə həbs etdiyi açıqlanıb.

BƏƏ Daxili İşlər Nazirliyi Koqanı “BƏƏ-yə daxil olarkən şəxsiyyətini təsdiq edən sənədlərə görə Moldova vətəndaşı” kimi təqdim edib. Bildirilib ki, mərhumun ailəsi itkin düşmüş şəxs haqqında ərizə təqdim edib, bunun nəticəsində cəsədin tapılması və şübhəlilərin şəxsiyyətinin müəyyən edilməsi üzrə ixtisaslaşdırılmış axtarış və istintaq qrupu yaradılıb. Nazirlik həbs olunan şəxslərlə bağlı təfərrüatı açıqlamayıb və istintaqın yekununa dair məlumat veriləcəyini bildirib.

Bu arada, İranın BƏƏ-dəki səfirliyi sosial mediada Tehranın bu qətldə iştirakı ilə bağlı yayılmış fərziyyələri təkzib edib.

Koqan BƏƏ-də bütün dünyada təbliğat işləri ilə tanınan ultra-pravoslav yəhudi qrupunun nümayəndəsi qismində fəaliyyət göstərirdi.

Xəbər lenti

Çox oxunanlar