Rusiya ordusu Xarkovun mərkəzini bombalayıb.
Xezerxeber.az “Unian“a istinadən xəbər verir ki, yaralananların sayı 23 nəfərə çatıb.
"S-400" raketi ilə Xarkova bugünkü zərbə nəticəsində 40-dan çox yaşayış binası zədələnib.
Ukrayna Prezidenti Volodimir Zelenski Xarkovda raket zərbəsindən sonra xilasetmə əməliyyatının keçirildiyini bildirib.
Onun sözlərinə görə, Rusiya kütkləvi surətdə zərbə dronları ilə Zaporojyeyə hücum edib, nəticədə bir uşaq yaralanıb.
Eyni zamanda, Odessa da hücuma məruz qalıb.