Amerika Birləşmiş Ştatların Prezidenti seçilmiş və 2025-ci ilin yanvarında öz səlahiyyətlərinin icrasına başlayacaq Donald Tramp yüksək vəzifələrə daha bir təyinatı açıqlayıb.
Xezerxeber.az-ın məlumatına görə, ABŞ mediası yazır ki, məşhur türkəsilli kardioloji cərrah, professor Mehmet Öz Birləşmiş Ştatların Federal Səhiyyə Sığortası Departamentinə rəhbərlik edəcək.
Qeyd edək ki, Mehmet Öz ABŞ-də tanınmış həkimdir və o, Donald Trampın seçkiqabağı kampaniyasında fəal iştirak edib.