Xəzər Xəbər

Baydenin Ukraynaya Rusiyanı Amerika silahları ilə vurmağa icazə verdiyi təsdiqləndi

Dünya | 15:44 • 19 Noyabr 2024
Baydenin Ukraynaya Rusiyanı Amerika silahları ilə vurmağa icazə verdiyi təsdiqləndi

ABŞ-nin hazırkı Prezidenti Cozef Bayden Ukrayna ordusuna Amerikanın uzaqmənzilli silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirməsinə icazə verib.

Xezerxeber.az xəbər verir ki, ABŞ Dövlət katibinin Qərb yarımkürəsi üzrə köməkçisi Brayan Nikols bunu Braziliyanın “O Globo” qəzetinə müsahibəsində təsdiqləyib.

Onun sözlərinə görə, Prezident Cozef Baydenin Kiyevə Rusiya ərazisində istifadə etmək üçün icazə verdiyi silahlar Ukraynanın özünümüdafiə imkanlarını artıracaq.

ABŞ Dövlət katibinin köməkçisi, həmçinin Qərb silahlarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması nəticəsində Rusiyanın sülh danışıqlarına başlayacağına və Ukrayna ərazisini tərk edəcəyinə ümidini ifadə edib.

Xatırladaq ki, noyabrın 17-də “The New York Times” qəzeti Baydenin Kiyevə ilk dəfə olaraq Rusiya ərazisinə zərbələr endirmək üçün Amerikanın uzaqmənzilli ATACMS raketlərinin istifadəsinə icazə verdiyini yazmışdı.

Bu ərəfədə Ukrayna mediasında ATACMS raketindən ilk dəfə istifadə olunduğuna dair məlumat yayılıb. Hədəfin Rusiyanın Bryansk ərazisindəki hərbi obyekt olduğu iddia edilir.

Xəbər lenti