Xəzər Xəbər

Rusiyada xəstəxanada güclü yanğın: İnsanlar pəncərələrdən tullanırlar

Dünya | 15:27 • 18 Noyabr 2024
Rusiyada xəstəxanada güclü yanğın: İnsanlar pəncərələrdən tullanırlar

Rusiyanın Yekaterinburq şəhərində 3 saylı mərkəzi şəhər xəstəxanasında güclü yanğın baş verib.

Xezerxeber.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Alov xəstəxana ərazisində yerləşən inzibati binanın damını bürüyüb. Ərazidən qara tüstü yayılır.

Hadisə yerində 48 xilasedici və 16 texnika işləyir. Yanğının 300 kvadratmetr sahədə lokallaşdırılmasına nail olunub.

Tibb müəssisəsinə gələn ziyarətçilər və xəstələr təxliyə edilirlər. 350 nəfər binanı özbaşına tərk edib. Bəzi insanlar bir-birinə kömək edərək yanan xəstəxananın pəncərələrindən bitişik binaların damlarına tullanırlar.

Xəbər lenti

Çox oxunanlar