Xəzər Xəbər

Trampın qalib gəlmə şansının 90 faizdən yüksək olduğu bildirilir

Dünya | 11:54 • 6 Noyabr 2024
Trampın qalib gəlmə şansının 90 faizdən yüksək olduğu bildirilir

ABŞ-nin Respublikaçılar partiyasının dövlət başçısı postuna namizədi Donald Tramp prezident seçkilərində 277 seçicinin səsi ilə qələbə qazanıb.

Xezerxeber.az xəbər verir ki, bu proqnozu “Fox News” telekanalı irəli sürüb. Qələbə qazanmaq üçün namizədə 270 seçici səsi kifayət edir.

“The Hill” qəzeti də seçkilərdə Donald Trampın qələbə qazandığını bildirib. Qəzetlə əməkdaşlıq edən DDHQ portalının hesablamalarına görə, hazırda respublikaçı namizəd qələbə qazanması üçün lazım olan 270 seçici səsinə malikdir. Portalın məlumatına görə, Donald Trampın rəqibi demokrat Kamala Harris 213 seçicinin səsini qazanıb.

“The New York Times” qəzeti isə Donald Trampın qalib gəlmə şansının 95 faizi ötdüyünü yazıb. “Polymarket” bukmeyker kontoru isə onu 98,9 faiz qiymətləndirir.

Qeyd edək ki, ABŞ-də keçirilən seçkilərdə amerikalılar Birləşmiş Ştatların dövlət başçısını, Senatın üçdəbirini və ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvlərini, həmçinin 11 ştatın və 2 ərazinin qubernatorunu seçir. ABŞ-nin hakim Demokratlar partiyasının namizədi Kamala Harris və respublikaçıları təmsil edən Donald Tramp ali dövlət postu uğrunda mübarizə aparır.

ABŞ-nin 45-ci prezidenti Donald Tramp 2017-2021-ci illərdə dövlət başçısı postunu tutub. O, 2020-ci il seçkilərində demokrat rəqibi Cozef Baydenə məğlub olub və indi Ağ evə qayıtmağa çalışır. Kamala Harris isə 2021-ci ilin yanvarından Birləşmiş Ştatların vitse-prezidentidir.

Xəbər lenti

Çox oxunanlar