Hindistanın şimalında yerləşən Uttarakhand ştatında avtobusun uçuruma aşması nəticəsində azı 36 nəfər həlak olub.
“Times of India” qəzeti yazır ki, bu barədə Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Agentliyin məlumatında deyilir.
Hadisə Marçula şəhəri yaxınlığında baş verib. İlkin məlumata görə, qəzaya avtobus sürücüsünün dağ yolunun çətin keçilən hissəsində idarəetməni itirməsi səbəb olub. İnsident nəticəsində, həmçinin 10 nəfər yaralanıb, beş nəfər isə itkin düşüb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara aparılıb.
Qəza yerində axtarış-xilasetmə işləri davam edir. Polis hadisənin başvermə səbəblərini araşdırır.