Xəzər Xəbər

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

Dünya | 19:00 • 30 Oktyabr 2024
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

ABŞ-nin Maliyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Xezerxeber.az-ın məlumatına görə, yenilənmiş siyası qurumun rəsmi saytında yerləşdirilib.

Bildirilib ki, məhdudiyyətlərin tətbiq olunduğu şəxslər arasında Rusiyanın müdafiə nazirinin müavinləri Pavel Fradkov, Aleksandr Fomin və Viktor Qoremıkin də var.

Bununla yanaşı, Rusiyada fəaliyyət göstərən “Transmaşholdinq” şirkətinin baş direktoru Kirill Lipa da məhdudiyyətlərlə üzləşib.

Yenilənmiş siyahıda ümumilikdə 32 nəfərin və çox sayda Rusiya şirkətinin adları yer alıb.

Xəbər lenti

Çox oxunanlar