Xəzər Xəbər

Ermənistan İran və Türkiyə ilə sərhəddəki Rusiya sərhədçilərinin çıxarılmasını düşünmür

Dünya | 18:43 • 28 Oktyabr 2024
Ermənistan İran və Türkiyə ilə sərhəddəki Rusiya sərhədçilərinin çıxarılmasını düşünmür

"Ermənistan hələlik Rusiya sərhədçilərinin Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədindən çıxarılması məsələsini qaldırmaq niyyətində deyil. Hazırda belə bir qərar yoxdur". 

Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Armen Abazyan keçirdiyi brifinqdə bildirib.

O, jurnalistlərin Ermənistan sərhədlərini məhz yerli sərhədçilərin qoruya bilib-bilməyəcəyi barədə sualını cavablandırıb.

Abazyan vurğulayıb ki, indi olmasa da, bu proses mərhələli şəkildə həyata keçiriləcək. 

"Erməni sərhədçiləri Türkiyə və İranla dövlət sərhədlərini mərhələli şəkildə qorumaq iqtidarındadır”, - o qeyd edib.

 

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024