Xəzər Xəbər

Özbəkistanda parlament seçkilərində səsvermə fəallığı 62,7 faiz təşkil edir

Dünya | 17:44 • 27 Oktyabr 2024
Özbəkistanda parlament seçkilərində səsvermə fəallığı 62,7 faiz təşkil edir

Oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilər keçirilir.

Xezerxeber.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası saat 15:00-dək səsvermədə seçicilərin 62,7 faizinin iştirak etdiyini bildirib.

Mərkəzi Seçki Komissiyası seçkilərin keçirilməsi üçün 10 min 717 seçki məntəqəsi təşkil edib, onlardan 57-si dünyanın 40 ölkəsində yerləşir. Seçki Məcəlləsinə əsasən, seçki günü və səsvermə başlamazdan bir gün əvvəl təşviqat qadağandır.

Seçkilərin gedişini 65 min yerli və MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı və ATƏT/DTİHB də daxil olmaqla, 20-dən çox təşkilatı təmsil edən 850-dən çox beynəlxalq müşahidəçi izləyir.

İlkin nəticələrin oktyabrın 28-də açıqlanması gözlənilir.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024