Xəzər Xəbər

Qazaxıstan BRICS-ə tərəfdaş ölkə statusu alıb

Dünya | 11:50 • 27 Oktyabr 2024
Qazaxıstan BRICS-ə tərəfdaş ölkə statusu alıb

Qazaxıstanın BRICS-ə tərəfdaş ölkə statusu alması təsdiqlənib.

Xezerxeber.az xəbər verir ki, bunu TASS-a Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev deyib. 

“Başlanğıc üçün, biz BRICS-in tərəfdaş ölkəsi statusunu aldıq, bu, artıq böyük bir addımdır”, - deyə o bildirib.

O daha sonra sözlərinə belə davam edib: "İndiyə qədər biz üzvlük üçün müraciət etməkdən çəkinmişik və vurğulayıram ki, bu barədə mediada əsassız təlqinlər var. Biz milli maraqlarımıza cavab verən bütün məhsuldar BRICS təşəbbüslərini dəstəkləməyə hazırıq. Ölkəmiz təşkilatın inkişafını yaxından izləməyə və məhsuldar dialoqu gücləndirməyə davam edəcək”.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024