Xəzər Xəbər

Gürcüstanda parlament seçkiləri ilə əlaqədar seçki məntəqələrinin 97 faizinin səsləri hesablanıb

Dünya | 11:37 • 27 Oktyabr 2024
Gürcüstanda parlament seçkiləri ilə əlaqədar seçki məntəqələrinin 97 faizinin səsləri hesablanıb

Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri ilə əlaqədar seçki məntəqələrinin 97 faizində səslər hesablanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumat yayıb.

Bildirilir ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası 3018 məntəqədən 1 milyon 87 min 801 səs toplayıb. Bu da ümumi səslərin 54,24 faizini təşkil edir.

Müxalifət partiyaları isə ümumilikdə 37,33 faiz səs toplaya bilib.

“Dəyişikliklər üçün Koalisiya” (Axali, Qirçi-daha çox azadlıq, və “Droa”) – 10,81 faiz (216 691 səs);

“Birlik - Milli Hərəkatı” (Vahid Milli Hərəkat, “Strategiya Aqmanaşenebeli” və “Avropa Gürcüstanı”) – 10.07 faiz (201 937 səs);

“Güclü Gürcüstan” (Gürcüstan üçün Lelo”, “Xalq üçün”, “Azadlıq meydanı” və “Vətəndaşlar”– 8,72 faiz (174 921 səs);

“Qaxaria Gürcüstan üçün” - 7.73 faiz (154 916 səs).

Səsvermədə seçici fəallığı 58,94 faiz olub.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri ilk dəfə proporsional sistem üzrə, səsvermə isə elektron texnologiyaların tətbiqi ilə keçirilib.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024