Xəzər Xəbər

Türkiyə XİN İsrailin İrana raket zərbələri ilə bağlı bəyanat verib

Dünya | 15:50 • 26 Oktyabr 2024
Türkiyə XİN İsrailin İrana raket zərbələri ilə bağlı bəyanat verib

Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin İrana raket zərbələri ilə bağlı bəyanat yayıb.

Xezerxeber.az-ın məlumatına görə, bəyanatda İsrailin regionu genişmiqyaslı müharibənin astanasına gətirdiyi, rəsmi Təl-Əvivin bu kimi addımlara son qoyması üçün beynəlxalq ictimaiyyətin səyləri artırmalı olduğu qeyd edilib.

Türkiyə XİN-dən o da qeyd edilib ki, rəsmi Ankara regionda növbəti müharibə ocağının yaranması, eləcə də qanunsuzluğun hökm sürməsinin əleyhinədir.

Qurum həm region dövlətləri, həm də xarici aktorları Yaxın Şərqdə sülhün bərqərar olması istiqamətində səyləri artırmağa çağırıb.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024