Xəzər Xəbər

İsrailin hücumu zamanı İranda 4 hərbçi həlak olub YENİLƏNİB

Dünya | 18:36 • 26 Oktyabr 2024
İsrailin hücumu zamanı İranda 4 hərbçi həlak olub

İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumları nəticəsində ölən əsgərlərin sayı 4-ə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

"İslam Respublikası Ordusundan Məhəmməd Mehdi Şahruxi, Həmzə Cahandide, Səccad Mənsuri və Mehdi Nəqəvi şənbə günü İsrailin hücumlarında həlak olublar", - deyə məlumatda bildirilib.

13:39

Şənbə günü gecə İsrailin cavab zərbə nəticəsində İran ordusunun iki əsgəri həlak olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İran ordusundakı mənbələrə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, ordu İranın təhlükəsizliyini qorumaq naminə iki döyüşçüsünü qurban verib.

İsrail ordusu yəhudi dövlətinə qarşı hücumlara cavab tədbirləri çərçivəsində İrandakı hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb. Bildirilib ki, İrana hücum yalnız hərbi hədəflərlə məhdudlaşıb, nüvə və neft obyektlərinə şamil edilməyib.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024