Xəzər Xəbər

Gürcüstanda parlament seçkiləri keçirilir

Dünya | 09:41 • 26 Oktyabr 2024
Gürcüstanda parlament seçkiləri keçirilir

Bu gün Gürcüstanda parlament seçkiləri başlayıb.

Xezerxeber.az xəbər verir ki, saat 08:00-da Gürcüstan ərazisindəki bütün seçki məntəqələri səsvermə üçün açılıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili bildirib ki, parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır. Qalan 67-si isə xarici ölkələrdədir.

Bu seçkilərdə 3 milyon 508 min 294 seçici səs verə biləcək. Onlardan 3 milyon 113 min 747 nəfəri elektron texnologiyalardan istifadə etməklə öz seçimini edəcək.

Bu il 135 min 922 nəfər ilk dəfə səs verəcək. Seçicilərin 95 min 910 nəfəri xarici ölkələrdə səs verəcəklər.

Səsvermə saat 20:00-da başa çatacaq.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024