Xəzər Xəbər

Tramp prezident seçildiyi təqdirdə Baydenin oğlunu əfv edəcəyini deyib

Dünya | 08:48
Tramp prezident seçildiyi təqdirdə Baydenin oğlunu əfv edəcəyini deyib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrda təkrar prezident seçiləcəyi təqdirdə hazırki Prezident Co Baydenin oğlu Hanter Baydeni əfv edəcəyini istisna etmir.

Xezerxeber.az-ın məlumatına görə, Tramp müsahibəsində Co Baydenin ona etdiklərinə baxmayaraq əfv məsələsinə açıq olduğunu bildirib.

Qeyd edək ki, iyunun 12-də ABŞ-ın Delaver ştat məhkəməsində hakimlər kollegiyası ABŞ Prezidenti Co Baydenin oğlu, 54 yaşlı Hanteri silah alışı məsələsində təqsirli bilib. O, 2018-ci ildə odlu silah alarkən narkotik maddə qəbul etməməsi ilə bağlı yalan danışmaqda təqsirləndirilir. Federal məhkəmə Hanter Baydenin həbsini dekabrın 4-nə kimi təxirə salıb.

ABŞ Prezidenti Co Bayden prezidentlik müddətində oğlunun əfv olunması barədə düşünmədiyini dəfələrlə bildirib.

Xəbər lenti

Çox oxunanlar