Xəzər Xəbər

Ukraynalılar arasında Rusiya ilə sülh danışıqlarının tərəfdarları artıb

Dünya | 18:10
Ukraynalılar arasında Rusiya ilə sülh danışıqlarının tərəfdarları artıb

Son bir ildə ukraynalılar arasında Rusiya ilə sülh danışıqlarının tərəfdarlarının sayı artıb.

Xezerxeber.az bu barədə Razumkov Mərkəzinin apardığı sorğunun nəticələrinə istinadla xəbər verir.

Bir il əvvəl respondentlərin 21 faizi hesab edirdi ki, Rusiya ilə danışıqlar “sülhə nail olmaq üçün effektiv yoldur, bundan indi yararlanmaq lazımdır” və 2024-cü ilin sentyabrında belə düşünənlər 35 faiz təşkil edib.

Sorğu 2024-cü il sentyabrın 20-dən 26-dək Razumkov Mərkəzi tərəfindən müvəqqəti işğal olunmuş və hərbi əməliyyatların davam etdiyi ərazilər istisna olmaqla, Ukraynanın bütün regionlarında “face-to-face” metodundan istifadə etməklə aparılıb.

Xəbər lenti

Çox oxunanlar