Xəzər Xəbər

Türkiyədə terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb YENİLƏNİB

Dünya | 19:17
Türkiyədə terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb

Ankarada terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

18:24

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Ankarada TUSAŞ müdafiə sənayesi şirkətində terror aktı törədildiyini bildirib.

Xezerxeber.az xəbər verir ki, terror aktı paytaxtın Kahramankazan rayonunda baş verib.

Yerlikaya sosial şəbəkələrdəki paylaşımında yazıb: “Təəssüf ki, ölənlər və yaralılar var”.

Nazir ictimaiyyəti yalnız rəsmi mənbələrdən gələn məlumatlara etibar etməyə çağırıb.

Bu arada, NTV telekanalı hüquq-mühafizə orqanları əməkdaşları ilə terrorçular arasında atışma baş verdiyini bildirib.

Yerli media hücumu həyata keçirən 3 terrorçudan ikisinin zərərsizləşdirildiyini yazır.

Xəbər lenti

Çox oxunanlar