Xəzər Xəbər

İranda saxta spirtli içki hazırlamaqda təqsirləndirilən dörd nəfər edam olunub

Dünya | 13:39 • 23 Oktyabr 2024
İranda saxta spirtli içki hazırlamaqda təqsirləndirilən dörd nəfər edam olunub

İranın Əlborz əyalətində saxta spirtli içki hazırlamaqda təqsirli bilinən dörd nəfər barəsində çıxarılmış edam hökmü icra olunub.

Xezerxeber.az xəbər verir ki, məlumatı yerli “Tasnim” agentliyi yayıb.

Bildirilib ki, hökm oktyabrın 23-də səhər saatlarında Kərəc şəhərinin mərkəzi həbsxanasında icra edilib.

Məlumata görə, onların hazırladıqları saxta spirtli içki nəticəsində 17 nəfər ölüb, 191 nəfər müxtəlif dərəcəli zərər görüb.

Qeyd edək ki, oktyabrın 22-də Tehranda barələrində edam hökmü çıxarılan məhbusların anaları parlamentin binası qarşısında “Övladlarımızı edam etməyin!” şüarı ilə aksiya keçiriblər.

Xəbər lenti

Çox oxunanlar